Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri şəhid ailələrinə növbəti dəfə baş çəkiblər

18.10.2021

Oktyabrın 18-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Aparat əməkdaşları, tabe müəssisə rəhbərləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsi nümayəndələri rayonun bir neçə kəndində şəhid ailələrini ziyarət ediblər. Belə ki, mədəniyyət işçiləri rayonun Qarğalıq kəndində şəhid Elvin Əfrayıl oğlu Əzizov və Rəfail Teymur oğlu Hüseynovun ailəsində olub, sonra Kürdəbaz kəndində şəhid Gülşad Elşad oğlu Xəlilovun ailəsinə baş çəkiblər.

Görüşlərdə şəhid oğullarımızın xatirəsi hörmətlə yad olunub, ruhlarına dərin sayğı ifadə edilib. Qonaqlar həmçinin, valideynlərin qəmini bölüşərək onlara mənəvi dəstək olub, ailələrin qayğıları ilə maraqlanıblar. Valideynlər isə şəhid övladları ilə bağlı xatirələrini dilə gətiriblər.

Ziyarətlər zamanı adıçəkilən həmkarlar qurumu tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təqdim edilib.