Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Müstəqilliyin Bərpası Günü konsert proqramı ilə qeyd olunub

18.10.2021

Oktyabrın 18-də Masallı rayon Mədəniyyət Mərkəzi, Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müştərək təşkilatçılığı ilə konsert proqramı keçirilib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirdə adıçəkilən müəssisələrin kollektivləri iştirak edib.

Xalq teatrının rejissoru Cəmaləddin Əliyev virtual izləyiciləri əlamətdar tarixi gün münasibətilə təbrik edib. O, xalqımızın müstəqillik tarixinin parlaq səhifələri, eləcə də ötən illər ərzində əldə olunmuş tarixi nailiyyətlərdən bəhs edib, həmçinin ümummilli lider Heydər Əliyevin müstəqil və güclü dövlət quruculuğu siyasətinin vacib məqamlarına nəzər salıb. Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidlərin misilsiz xidmətlərinə vurğu edən C. Əliyev, əldə edilən böyük hərbi Zəfərin mühüm siyasi nəticələri barədə də danışıb.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Masallı rayon Mədəniyyət Mərkəzinin istedadlı sənətçilərindən Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov görkəmli sənətkarların vətən mövzusuna həsr olunmuş musiqi kompozisiyalarını şövqlə ifa edərək xoş ovqat bəxş ediblər. Kollecin müəllim və tələbələri isə vətənpərvərliyi və şəhidlik zirvəsini tərənnüm edən şeir parçaları səsləndiriblər.