Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Elimizə bahar gəlir”, “Novruz lətifələri”

12.03.2018

12 mart 2018-c il tarixdə Cəlilabad rayon Mərkəzi kitabxanasında Novruz bayramı ilə əlaqədar   Xidmət  və Uşaq  şöbəsinin hazırladığı “Elimizə bahar gəlir”, “Novruz  lətifələri” adlı  bayram şənlikləri  keçirildi. Tədbirlərdə Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, Cəlilabad şəhər 1 №li məktəb-liseyin, 2№li tam orta məktəbin, 2№li şəhər uşaq bağçasının fidanları, tibb kursunun tələbələri  və  valideyinlər iştirak edirdilər.

            Şənlikdə novruz  adət-ənənələrindən fincan-fincan oyunu, qulaq asdı, papaqatdı, fala baxma oyunları nümayiş etdirildi. Kosa və keçəlin gəlişi,  2№li şəhər uşaq bağçasının balaca fidanlarının çıxışları  tamaşaçılar tərəfindən maraqla  qarşılandı. Tədbirin sonunda tədbirlərdə fəallıq göstərənlər MKS-in fəxri fərmanları ilə təltif olundular