Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təhsil müəssisələrinin müəllim və şagird kollektivləri Hərbi Qənimətlər Parkında olublar

17.10.2021

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Masallı şəhər Onbirillik İncəsənət və Cəlilabad şəhər Uşaq İncəsənət Məktəblərinin pedaqoji və şagird kollektivləri Bakı şəhərindəki Hərbi Qənimətlər Parkında olub, ekskursiyalarda iştirak ediblər.

Ekskursiyalar ərzində məktəb kollektivləri ordumuz tərəfindən düşməndən qənimət götürülmüş zirehli texnika, hərbi təyinatlı avtomobil və qurğularla yaxından tanış olub, səngər, bunker və baryerlərə baxış keçiriblər.