Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür

17.10.2021

Oktyabrın 17-də Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evi və kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunan "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirildi.

Kitabxanaçı Şəfəq Məmmədova çıxışında milli müstəqilliyin qorunmasından söz açdı. O, bildirdi: "İndi müstəqilliyimizin siyasi, hərbi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatlığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir", - deyə Ş. Məmmədova qeyd etdi.

Sonra kənd Mədəniyyət Evinin əməkdaşı Elman Səfərov bildirdi ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətli dövlətlərdən birinə çevrilməkdədir. İqtisadi artım tempinə görə ölkəmiz regionda lider mövqeyə çatıb və Azərbaycan müstəqilliyini qorumağı bacarıb.

Tədbirin sonunda Mədəniyyət Evinin digər əməkdaşı Təranə Musayeva əlamətdar günlə bağlı məktəblilərlə müzakirələr apardı, onlara gələcəkdə dövlətə layiqli vətəndaş olmalarını arzuladı.