Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir.

18.10.2021

Oktyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Kollecin müəllim və tələbələri iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bu il “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünün torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müasir Azərbaycan Respublikasının bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf etdiyi modern dövlətə çevrilərək, özünün parlaq və qüdrətli dövrünü yaşamasından danışıb.

Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova dövlətimizin müstəqilliyini qoruyub saxlamaq üçün xarici təzyiqlərlə üzləşdiyini, dövlət çevrilişlərinə cəhdlərin edildiyini, amma bütün bunların qarşısının alındığı və xalqımızın müstəqilliyini və dövlətçiliyini qorumaq əzmini nümayiş etdirdiyini bildirib. D. Hüseynova müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulayaraq, böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını qeyd edib.

Tədbir Mərkəzin əməkdaşı Şəfa Xəlilova və Kollecin tələbəsi Məryəm Əsgərlinin çıxışları ilə davam etdirilib.

Tədbirin sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videolardan ibarət təqdimat nümayiş etdirilib.