Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazan igidlərimiz” adlı növbəti dəyirmi masa təşkil edilib

13.10.2021

Oktyabrın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar “Tarix yazan igidlərimiz” adlı növbəti dəyirmi masa təşkil edilib. Tədbirdə gənclər, mədəniyyət işçiləri və müharibə iştirakıları iştirak ediblər.

 

İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva istər birinci Qarabağ, istərsə də Vətən müharibəsi dövründə dövlət və xalq birliyindən geniş söhbət açıb.

 

Sonra Vətən müharibəsi iştirakçıları Fərrux Xansuvarov və Fərid Nəzərov çıxışlarında cəbhə xatirələrindən bəhs edib, eləcə də dövlət tərəfindən şəhid ailələri və qazilərə qayğı ilə yanaşıldığını qeyd ediblər.

 

Tədbirin sonunda iştirakçılarla xatirə fotoları çəkilib.