Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəsimi yaradıcılığı

07.03.2018

Cəlilabad rayon MKS-də Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm  Naziri Əbülfəs Qarayevin göstərişinə əsasən Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin  yaradıcılığına həsr olunmuş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni münsiflər heyəti qiymətləndirirdi. Münsiflər heyətini  şair Gülbala Teymur, şair Mirkamil Mirxəliloğlu, Azərbaycan Dövlət Pedaqoji Universtitinin Cəlilabad filialının dil-ədəbiyyat müəllimi Tofiq İsgəndərov, MKS-in oxu zalının müdiri Cahangir Muradov  təmsil edirdi. Müsabiqədə  məktəb şagirdləri iştirak edirdi.
    
Tədbirdə 1-ci yerin qalibinə və digər üç həvəsləndirici yer üçün Cəlilabad MKS-in fəxri fərmanları və Mədəniyyət işçiləri həmkarlar təşkilatının  pul mükafatları təqdim edildi.
Birinci yerin qalibi şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Quliyeva Vüsalə Altay qızı oldu.