Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

05.10.2021

Oktyabrın 5-də Masallı rayon Mərkəzi Kitabxanasında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.

İlk çıxış edən Rasif Dadaşov bildirib ki, Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. İndi oktyabrın 5-i dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.

Sonra Kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni və Şəmsurə Nəsirova şərəfli peşə sahibi olan müəllimlərin cəmiyyətin inkişafında, gənc nəslin təlim-tərbiyəsində və vətəndaş kimi formalaşmasında müstəsna rolundan bəhs ediblər.