Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlar unudulmur” mövzusunda tədbir.

06.10.2021

Oktyabrın 6-da Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər tariximiz” layihəsi çərçivəsində “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib. Masallı şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə şəhid Niyaməddin Sultanzadənin anası, Mərkəzin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Öncə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mərkəzin direktoru D. İbayeva iştirakçıları salamlayaraq bildirib ki, tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların və Vətən Müharibəsi Qəhrəmanlarının şagirdlər arasında tanıdılmasıdır.

Sonra Mərkəzin əməkdaşı Şəfa Xəlilova mühazirə ilə çıxış edərək məktəbin şagirdi olmuş şəhid Niyaməddin Sultanzadənin həyatından bəhs edib.

Ş. Xəlilova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərancamına əsasən, Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildiyini qeyd edib.

Şəhər 1 saylı tam orta məktəbin müəllimi, həmçinin şəhid Niyaməddinin valideynləri çıxış edərək övladları ilə bağlı xatirələrindən bəhs edib. Onlar tədbirin təşkilində əməyi keçən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür ediblər.

Sonda 44 günlük Vətən müharibəsi ilə bağlı videoçarxa baxış keçirilib.