04.10.2021
Oktyabrın 4-də Masallı rayon Heydər Əliyev Mərkəzində karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə birgə “Qisas qiyamətə qalmadı” filmi seyr edilib.
Filmin nümayişindən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edilir.