Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü

05.10.2021

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov İdarə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin pedaqoji kollektivlərini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Əziz müəllimlər!

Məlum olduğu kimi, təhsil cəmiyyətin inkişafının özülü sayılır. Bu təməli yaradanlar və cəmiyyəti tərəqqiyə doğru öz çiyinlərində daşıyanlar təhsil fədailəri olan sizlərsiniz. Məhz sizlər yetişməkdə olan nəsillərə təhsil verir, onları dürüstlüyə və ləyaqətlə yaşamağa dəvət edir, mənəvi-əxlaqi keyfiyyətlər aşılayır, vətəni sevməyi öyrədirsiniz. Bu cəhətdən, siz müəllimlər hər zaman həyatımızın ön sıralarındasınız.

Əziz müəllimlər!

Peşə bayramınız münasibətilə sizləri səmimi-qəlbdən təbrik edir, şərəfli və işıqlı fəaliyyətinizdə daim yeni uğurlar arzulayıram.