Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

07.03.2018

7 mart 2018-ci il tarixdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə “Ülvi” şadlıq sarayında keçirilən tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov açaraq qadınları bayram münasibəti ilə təbrik edib, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə iştirakçilara məlumat verdi. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara rayon icra hakimiyyətinin başçısının Fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir.Tədbirdə iştirak edən qadınlar üçün bayram süfrəsi açılmış, "Həməşərə" instrumental və "Murad" xalq çalğı alətləri ansamblllarının iştirakı ilə konsert verilmişdir. Konsert proqramında Cəlilabad İncəsənət məktəbinin müəllimi Fərid Hacıyev, rayon mədəniyyət evinin solistləri Minəxanım Zeynalova, Bayram Kərimov, Vidadi İsmayılov, incəsənət məktəbinin şagirdi İsmayıl İmanov, Masallı rayonu "Halay" xalq folklor kollektivi öz musiqi nömrələri Cəlilabad Xalq Teatrının rejissoru Buludxan Buludov tərəfindən səhnələşdirilmiş əyləncəli səhnəciklərlə qadınları təbrik etdilər.