Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Qələbəyə gedən yol“ adlı tədbir.

29.10.2021

Sentyabrın 29-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Qələbəyə gedən yol“ adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşlar, rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon gəncləri iştirak edib.

İlk olaraq, Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən ətraflı bəhs edib. Qələbəyə aparan ilk uğurun “Aprel döyüşləri” olduğunu dilə gətirən A. Ağayev, Azərbaycan Ordusunun qüdrəti və döyüşlərin davam etdiyi dövrdə ölkədə milli ruhun yüksəlişindən, həmçinin ön və arxa cəbhədə Azərbaycan xalqının böyük əzmkarlıq göstərərək qələbəyə yol almasından söz açıb.

Daha sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə otuzillik vətən, yurd nisgilinin 44 gündə bitməsinin qürurverici məqam olduğunu ifadə edib. O, əlavə edib ki, Qələbənin əldə olunmasına baxmayaraq, xalqımıza və mədəniyyətimizə qarşı törədilən erməni terroru və vandalizminin unudulmaması üçün daim bu yöndə təbliğatların aparılması vacibdir.

Sonda Mərkəzin 3D kinozalında “Dəmir Yumruq” filmi nümayiş olunub.