Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırmandalı kənd kitabxana filialında ”Qüdrətli döyüş yolu” adlı tədbir keçirilib.

25.09.2021

Sentyabrın 25-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xırmandalı kənd kitabxana filialında Vətən müharibəsinə həsr olunmuş "Qüdrətli döyüş yolu" adlı tədbir keçirilib. Tədbirdə gənc oxucular, mədəniyyət işçiləri və qazilər iştirak edib.

İlk olaraq, vətənimizin ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik ehtiramla yad olunub.

Sonra kitabxana əməkdaşı Əsmət Qasımova çıxışında Vətən müharibəsinin başlanması və ordumuzun uğurlu əks-hücum əməliyyatlarından, həmçinin müharibə zamanı ön cəbhədə göstərilmiş şücaətlə yanaşı, arxa cəbhədə xalqın birliyi və ordu ilə həmrəylik nümayişindən bəhs edib.

Sonra Vətən müharibəsi qaziləri Pərvin Həsənov və Faiq Ələsgərov keçdikləri döyüş yolu və hərbi əməliyyatlarla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.