Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 Sentyabr - Azərbaycanda Anım Günüdür!

27.09.2021

Masallı rayon Mərkəzi Kitabxanasında 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, 27 sentyabr günü milli şərəf və ləyaqətin xilas edilməsi, tarixi düşmənə layiqli cavabın verildiyi gündür. Həmin gün Ermənistanın təxribatlarından sonra şanlı Azərbaycan Ordusunun müzəffər yürüşü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu, bir milyondan çox soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Müharibə zamanı qazanılan uğurlar ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət, yürütdüyü "Dəmir yumruq" siyasəti sayəsində əldə olundu. İlham Əliyevin dünyada söz sahibi olan dövlətlərlə düzgün münasibətlər qurması, ölkənin iqtisadi potensalı, maliyyə resurslarının səfərbər olunması qələbəni təmin etdi.

Sonra çıxış edən Aygül Mirzəzadə vurğulayıb ki, qazanılan Zəfəri xalqımza bəxş edən torpağını, vətənini sevən, döyüş meydanında vuruşub bu yoldan dönməməyi seçən qəhrəman oğullarımız oldu. Bu gün respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən minlərlə şəhidimizi böyük ehtiramla anır, xatirələrini uca tuturlar.