Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Qadınlar Günü” qeyd olundu

07.03.2018

2018-ci il martın 7-də Masallıdakı “İlqar plaza” şadlıq sarayında “8 Mart Beynəlxalq Qadınlar Günü”  ilə bağlı möhtəşəm bayram konserti keçirildi. Tədbirdə Rayon İcra aparatının, məktəb, İdarə və müəssisələrin nümayəndələri iştirak edirdilər. Çıxışçılar bu bayram münasibəni ilə qadınları ürəkdən təbrik etdilər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qadınların əməyini yüksək qiymətləndirərək onlara möhkəm can sağlığı və işlərində uğurlar arzuladı. Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan bir qrup qadınlar hədiyyə və fəxri fərmanlarla təltif olundular. Tədbiri Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət kollektivləri öz şən musiqi nömrələri ilə daha da rəngarəng etdilər.