Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində gənclər üçün ekskursiya təşkil edilib.

11.09.2021

Sentyabrın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində milli-mədəni irsin gənclərə tanıdılması məqsədilə “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya keçirilib. Ekskursiyada Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və gənclər iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva gəncləri Muzeydə sərgilənən eksponatlarla tanış edərək onlara bölgənin tarixinin müxtəlif dövrlərini əhatə edən məişət, təsərrüfat, geyim, sənətkarlıq və digər sahələrə aid əşyalar barədə ətraflı məlumat verib.