Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “CvCentr” layihəsi üzrə tədbir keçirilib.

27.08.2021


Avqustun 27-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “CvCentr” layihəsi üzrə tədbir keçirilib. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşlar, GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişli, "Unikal Education" Yardımlı Tədris Mərkəzinin direktoru Nurlan Hüseynzadə və gənc könüllülər iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev CV formasının hazırlanma qaydaları, işə qəbul prosesi zamanı riayət olunması vacib olan məqamlar barədə geniş bəhs edib.
Adıçəkilən təhsil müəssisəsinin məsul əməkdaşı Nurlan Hüseynzadə işə qəbul zamanı diqqət edilməsi tələb olunan amillər, o cümlədən düzgün tərtib edilmiş CV formasının önəmindən söz açıb.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə isə gənclərlə söhbət zamanı hazırkı dövrdə sosial fəaliyyətlərin ictimai əhəmiyyətindən danışıb.
Yekunda gənclərin ünvanladığı suallar cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.