Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid ailələri ziyarət olunub.

24.08.2021


Avqustun 24-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, aparat əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin sədri və digər müəssisə rəhbərləri Vətən müharibəsi şəhidlərinin ailələrini növbəti dəfə ziyarət edib, ailə üzvlərinə yardım bağlamaları təqdim ediblər.
Mədəniyyət işçiləri ilk olaraq rayon mərkəzində Murad Ocaqdurdu oğlu Nəfəsovun ailəsinə baş çəkiblər, sonra onlar rayonun Binə Xocavar və Hişkədərə kəndlərində Elməddin İsmayıl oğlu Nəzərovun və İbrahim Həzrətqulu oğlu Lələyevin ailəsini ziyarət ediblər.
Mədəniyyət işçiləri görüşlər zamanı ailələrin qayğıları ilə maraqlanıb, şəhidlərin ruhuna ehtiram göstərərək valideynlərin dərdinə şərik olduqlarını ifadə ediblər.
Qeyd edək ki, İdarənin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin birgə dəstəyi ilə İdarənin əhatə etdiyi rayonlarda şəhid ailələri, qazi və müharibə iştirakçıları mütəmadi olaraq ziyarət olunur, mövcud imkanlar çərçivəsində ailələrə yardımlar edilir.