Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “Gənc qazansın“ adlı təlim keçirilib.

20.08.2021


Avqustun 20-də Tədbirlər Planına uyğun olaraq Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Yardımlı nümayəndəliyinin (GİKM) və rayon Gənclər və İdman İdarəsi və Mərkəzin birgə təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri və digər sahələrdən olan gənclər üçün internet resurslarından düzgün istifadənin qaydaları, həmçinin sosial şəbəkələrdən istifadə etməklə onlayn biznes və digər fəaliyyət sahələri üzrə gəlir əldə etmənin üsullarından bəhs edən “Gənc qazansın“ adlı təlim keçirilib. Təlimdə Mərkəzin əməkdaşları, Gənclər və İdman İdarəsinin rəhbəri və əməkdaşları, GİKM-in Yardımlı nümayəndəliyinin direktor vəzifəsini icra edən Səfail İbişli və gənc könüllülər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayaraq çıxışına başlayan rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov internet resurslarından düzgün istifadə, sosial şəbəkələr vasitəsilə qurulan onlayn bizneslər, həmçinin digər sahələr üzrə sosial media platformalarından istifadənin faydaları haqqında geniş məlumat verib.
Daha sonra Mərkəzin əməkdaşları Abışov Elşən və Zeynəb Məmmədzadə mövzu ətrafında fikirlərini bildirib, gənc könüllərin suallarını cavablandırıblar.
Tədbir iştirakçıları sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.