Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbir keçirilib.

18.08.2021


Avqustun 18-də Masallı Rayon Heydər Əliyev Mərkəzində gənc könüllülərin iştirakı ilə “Narkomaniya, narkobiznes və ona qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Karantin qaydalarına uyğun keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığı üçün yaratdığı təhlükəyə, həmçinin vurduğu maddi və mənəvi zərərlərə yönəltmək, narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa dəvət etməkdir.
Tədbirə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə narkomaniyanın fəsadlarından bəhs edərək qeyd edib ki, narkomaniya ilə mübarizə tədbirlərində maarifləndirmə və təbliğat işlərinin aparılması vacibdir. G. Vəkilzadə bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə ölkədə narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Bu strateji kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mübarizənin çərçivələrini müəyyən edir.
Daha sonra könüllülər mövzu üzrə çıxışlar ediblər. Onlar sağlamlıq üçün ciddi təhlükə yaradan narkomaniyanın böyük sosial bəlalardan biri olduğu barədə ətraflı danışaraq yeniyetmə və gəncləri “narkomaniyaya yox!” deməyə və sağlam həyata səsləyiblər.