Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində gənclər üçün yay ekskursiyası.

11.08.2021


Avqustun 11-də Masallı Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində rayonun bir qrup gəncləri üçün yay ekskursiyası təşkil edilib.
Mərkəzin bələdçisi Şəfa Xəlilova gəncləri Ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə tanış edib. Belə ki, Ş. Xəlilova Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan, yürütdüyü uğurlu daxili və xarici siyasətdən ətraflı bəhs edib.