Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadlı mədəniyyət işçiləri Vətən müharibəsi iştirakçılarına medallarını təqdim ediblər.

05.08.2021


Avqustun 5-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, əlaqədar yerli strukturların əməkdaşları və digər rəsmilərlə yanaşı, mədəniyyət işçiləri də iştirak edib.
Mədəniyyət işçisi Elnur Atakişiyev döyüşlərdə igidlik göstərmiş müharibə iştirakçılarından bir neçəsinin medallarını özlərinə təqdim edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı yüksək peşəkarlıq göstərmiş, vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirmiş hərbçilər medallarla təltif edilib. Medallar mərhələli şəkildə şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilir.