Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət tədbirlərində fəal iştirak edən könüllülər ”Təşəkkürnamə” ilə təltif olunub.

30.07.2021


Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzi və Xalq teatrında təşkil edilən mədəniyyət tədbirlərində mütəmadi olaraq iştirak edən, istedadı və bacarığı ilə fərqlənən mədəniyyət könüllüləri - Yusif Əzizli, Nuray Hüseynli, Leyla Kərimova və Gülşən Şahbazova Masallı Regional Mədəniyyət İdarəsinin "Təşəkkürnamə"si ilə təltif olunub. İyulun 30-da İdarə rəisi Bəxtiyar Qılıncov yeniyetmə könüllülərə mükafatlarını təqdim edib.
Məlumat üçün qeyd edək ki, mədəniyyət sahəsində çoxillik əməyi və müvafiq sahənin inkişafında xidmətləri olan mədəniyyət işçiləri, eləcə də könüllülər, mədəniyyət sahəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq edən digər sahələrdən olan insanların xidmətlərinin qiymətləndirilməsi İdarə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır, onlara müxtəlif fəxri mükafatlar təqdim olunur.