Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarə rəisi Yardımlı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

27.07.2021


Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi İdarənin əhatə etdiyi rayonlardakı mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, həmçinin problemləri müəyyənləşdirmək və adekvat tədbirlərin görülməsini təmin etmək məqsədilə vaxtaşırı rayonlara səfərlər edir. Göstərilən niyyət çərçivəsində İdarə rəisi Bəxtiyar Qılıncov və Aparat əməkdaşları iyulun 27-də Yardımlı rayonunda bir neçə kənd mədəniyyət müəssisələrini ziyarət ediblər.
İdarə rəisi müəssisələrdə olarkən cari fəaliyyətlərin müvafiq iş planları üzrə təşkili və intizam qaydalarına riayət olunmasının hazırkı vəziyyəti ilə tanış olub, vacib məqamlarla bağlı tövsiyələr verib. Rəis eyni zamanda, müəssisə binalarının mövcud texniki vəziyyəti və imkanlarına nəzər yetirib, müəssisələrin zəruri avadanlıqlarla təminatı məsələləri ilə maraqlanıb.
Səfər zamanı həmçinin, işçi kollektivləri ilə görüşlər keçirilib, problemlərin həlli istiqamətində müzakirələr aparılıb.