Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Poeziya dünyasının dahisi Nizami Gəncəvi yaradıcılığı” mövzusunda tədbir keçirilib.

27.07.2021


İyulun 27-də Masallı Rayon Heydər Əliyev Mərkəzində “Poeziya dünyasının dahisi Nizami Gəncəvi yaradıcılığı” mövzusunda tədbir keçirilib.
Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən “Poeziya dünyasının dahisi Nizami Gəncəvi yaradıcılığı” mövzusunda təşkil olunan tədbiri Mərkəzin direktoru Dilbər İbayeva açıq elan edib. O, qeyd edib ki, bütün əsərlərində xeyirin şər üzərində qələbəsini, ədalətin zəfər çalmasını qabarıq göstərən şair, eyni zamanda ibrətamiz öyüd-nəsihət, mənəvi tərbiyə aşılayan dahi bir sənətkardır. Mütəfəkkir şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunub. Əsərlərinin nadir əlyazmaları Bakı və digər şəhərlərin kitabxana, muzey və əlyazmalar fondunda saxlanılır. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. D. İbayeva bildirib ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.
Tədbirin sonunda Mərkəzin gənc könüllüləri tərəfindən Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.