Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində turistlər üçün ekskursiya təşkil edilib.

26.07.2021


İyulun 26-da R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində respublikanın digər bölgələrindən olan turistlər üçün növbəti ekskursiya təşkil edilib.
Ekskursiya zamanı qonaqlara bölgənin zəngin tarixi, adət-ənənələri, etnoqrafiyası barədə dolğun məlumatlar verilib. Sonra qonaqlar ötən ilin iyul ayında Tovuz döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhidlik məqamına ucalmış vətən oğullarının xatirəsinə həsr olunmuş sərgiyə baxış keçiriblər. Masallı Rayon Dövlət Rəsm Qalereyası və Muzey tərəfindən yaradılmış sərgidə ziyarətçilər şəhid hərbçilərin şəxsi əşyaları ilə tanış olublar.
Muzeyin direktoru Əntiqə Tağıyeva turların təşkil olunması zamanı göstərdiyi dəstəyə görə “Viləş - ESTV TİM” müəssisəsinin direktoru Vahid Mirzəyevə təşəkkür edib. Sonda qonaqlarla xatirə fotoları çəkdirilib.