22.07.2021
İyulun 22-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “22 İyul - Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə gənclərin iştirakı ilə "Milli mətbuat günümüz" adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru O. Qəhrəmanova çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Belə ki, 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşr olunması ilə milli mətbuatımızın əsası qoyulub. Mətbuatımız bu illər ərzində çətin və şərəfli yol keçib. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasında milli mətbuatımızın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışı ölkə mətbuatının inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbu orqanların inkişafına ciddi təkan verdi. Əlavə olunub ki, Ulu öndərin mətbuata və müvafiq sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı Ümummilli liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Sonda gənclərlə mətbuat mövzusunda müzakirələr aparılıb.