Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mətbuat cəmiyyətin güzgüsüdür” mövzusunda tədbir.

16.07.2021


İyulun 16-da Masallı Rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar "Mətbuat cəmiyyətin güzgüsüdür" mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxana direktoru Əlhəddin Nəzərov bildirib ki, 1875-ci ildə təməli qoyulan milli mətbuat milli-mənəvi dəyərlərin, tarix və mədəni irsin, xarici və daxili siyasətin təbliği, Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Qeyd edilib ki, 20-ci əsrin sonlarında yenidən müstəqilliyini əldə edən Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması və qorunmasında, iqtisadi inkişafın Azərbaycan modeli, iqtisadi-siyasi islahatlarla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında milli mətbuatımızın rolu əvəzsizdir.
Sonra kitabxana əməkdaşı Rasif Dadaşov çıxışı zamanı vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə peşəkar medianın sərbəst və müstəqil fəaliyyəti üçün münbit şərait yaradılıb.