Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənini canından uca tutan oğullar.

08.07.2021


Masallı Rayon Mərkəzi Kitabxanasının əməkdaşları torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə yaralanmış qazilərlə müəssisədə mütəmadi görüşlər təşkil edir, onların problemləri ilə maraqlanırlar. Bununla yanaşı, kitabxana əməkdaşları canını vətən yolunda fəda etməyə hər an hazır olan mərd oğullarımıza xüsusi qayğı ilə yanaşır, onlara imkanlar çərçivəsində müvafiq köməklik göstərirlər.
8 iyul tarixində bəhs olunan qəhrəmanlarımızdan biri - Fikrət Cəlil oğlu Yaqubzadə kitabxanaya gələrək, maraq dairəsinə uyğun kitablara abunə yazılıb. Keçdiyi şərəfli döyüş yolu haqqında təəssüratlarını bölüşən F. Yaqubzadə, kitabxanada təşkil olunmuş “Torpaq uğrunda ölən varsa, vətəndir” mövzusunda sərgiyə baxış keçirib, əməkdaşlarla xatirə fotoları çəkdirib.