02.07.2021
İyulun 2-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayevlə gənclərin görüşü təşkil edilib.
Görüşdə həmçinin, Vətən müharibəsi iştirakçıları Ziya Quliyev, Simran Əlizadə, Yaşar Məmmədov da iştirak ediblər. Hərbçilər görüş zamanı müzəffər ordumuzun şücaəti və vətənpərvərliyindən söz açıblar. Onlar eyni zamanda, əməliyyatlar zamanı şəxsi döyüş təcrübələri və müşahidələrini də gənclərlə bölüşüblər. Yekunda suallar cavablandırılıb.