Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisəsində yanğın təhlükəsinə qarşı taktiki təlimlər keçirilib.

30.06.2021


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texniki heyəti iyunun 30-da Masallı Rayon Mədəniyyət Mərkəzinin inzibati binasında yanğın təhlükəsinə qarşı taktiki təlimlər keçirib.
Təlimlər zamanı hissə əməkdaşları mədəniyyət işçilərinə yanğın təhlükəsindən qorunma üsulları və müvafiq texniki təhlükəsizlik qaydaları barədə bəzi zəruri məlumatlar və tövsiyələr veriblər.
Müəssisə rəhbəri Vəkil İsmailov təlim və faydalı tövsiyələrə görə hissə rəisi və əməkdaşlara minnətdarlıq edib.