Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün yay ekskursiyaları keçirilir.

30.06.2021


İyun ayının 30-da Masallı Rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı” çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti yay ekskursiyası təşkil edilib.
Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə məktəbliləri müstəsna xidmətləri ilə əbədilik qazanmış Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi ilə tanış edib. Daha sonra G. Vəkilzadə məktəblilərə rayon Heydər Əliyev Mərkəzi barədə məlumat verib. O, bildirib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.