30.06.2021
Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli Mirzəli oğlu İsgəndərov muzey işi sahəsində uzunmüddətli və səmərəli əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunub. Bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
İyunun 29-da sözügedən mükafat Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tərəfindən Ə. İsgəndərova təqdim edilib.
Ə. İsgəndərov 1982-ci ildə Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1992-ci ildən bugünədək adıçəkilən muzey müəssisəsində direktor vəzifəsində çalışır. Ə. İsgəndərov rəhbər vəzifədə işlədiyi bu zaman zərfində özünü bacarıqlı, işgüzar və fəal mədəniyyət işçisi kimi tanıda bilib. Ə. İsgəndərov mədəniyyət sahəsindəki xidmətlərinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.