Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün növbəti yay ekskursiyası keçirilib.

30.06.2021


16-30 iyun tarixlərində R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rayonun bir çox ümumtəhsil məktəblərinin müəllim və şagirdləri kollektivləri üçün yay ekskursiyası təşkil edilib.
30 iyun tarixində Qızılağac kənd tam orta məktəbinin müəllim və şagirdləri növbəti yay ekskursiyasının iştirakçısı olublar. Muzeyin əməkdaşı Dilgüşə Məmmədova şagirdlərə bələdçilik edərək Muzeyin yaradılması və bölgənin tarixi haqqında məktəb kollektivinə geniş məlumat verib. Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva məktəbliləri Masallı Rayon Dövlət Rəsm Qalereyası və Muzeyin birgə iştirakı ilə təşkil olunmuş sərgi ilə tanış edib. Ötən ilin iyul ayında Tovuz döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhidlik məqamına ucalmış vətən oğullarının yad edilməsi məqsədilə tərtib olunmuş sərgidə şəhid əşyaları və gənc rəssamların müharibə mövzusunda çəkdikləri rəsm işləri sərgilənib. Sonda məktəblilərlə xatirə fotoları çəkdirilib.