Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaz festivalı”nın qalibləri müəyyən olunub.

29.06.2021


Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilmiş virtual "Yaz festivalı"nın qalibləri müəyyən olunub. 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunması, həmçinin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilmiş festivalda münsiflər heyəti tərəfindən aşağıda adları göstərilən iştirakçılar I, II və III yerlərə layiq görülüblər.
Bədii qiraət üzrə mükafatçılar:
I yer
Xədicə Kərimova (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Zəhra Əzimli (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Nərmin Kərimova (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Bahar Əzimli (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
II yer
Ziyafət Hüseynov (Masallı rayon Musaküçə kənd Sənətkarlıq evi, bədii rəhbər).
III yer
Rüqəyya Babayeva (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Xədicə Əliyeva (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü).
Rəsm (əl işləri) üzrə mükafatçılar:
I yer
Şəhanə Balakişiyeva (Göytəpə şəhər 1 saylı tam orta məktəbin şagirdi);
Nurgül Fərəcova (Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi);
II yer
Təhmasib Məcidov (Masallı Rayon Dövlət Rəsm Qalereyası, direktor vəzifəsini m.i.e.);
Elçin Nəzərov (Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası, direktor).
III yer
Səma Əmrahova (Cəlilabad rayon Alar kənd tam orta məktəbinin şagirdi);
Səbinə Həbibova (Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi);
Rüqəyya Rəhmanova (Cəlilabad rayon Alar kənd tam orta məktəbinin şagirdi).
Festivalda müvafiq sənət istiqamətləri üzrə I, II, və III yerləri tutmuş iştirakçılar yaxın günlərdə Masallı Regional Mədəniyyət İdarəsinin "Diplom"u ilə təltif ediləcək.
Xatırladaq ki, mayın 12-dən iyunun 12-dək davam edən festivalda dahi şairin həyatı və yaradıcılığını tərənnüm edən bədii qiraət və rəsm olmaqla 2 sənət istiqaməti üzrə təqdimatlar münsiflərin seçiminə verilib.