Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vəkil İsmailov ”Fəxri Fərman”la təltif olunub.

28.06.2021


N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil Əli oğlu İsmailov mədəniyyət sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə Masallı Regional Mədəniyyət İdarəsinin "Fəxri Fərman"ı ilə təltif olunub. İyunun 22-də adıçəkilən fəxri mükafat İdarə rəisi Bəxtiyar Qılıncov tərəfindən səbəbkara təqdim edilib.
V. İsmailov mədəniyyət sahəsində 70-ci illərdən fəaliyyət göstərir. O, bu müddət ərzində müvafiq sahədə səylə çalışıb, yerli mədəniyyətin inkişafında xidmətlər göstərib.