Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda konsert tədbirləri davam edir.

26.06.2021


İyun ayının 23-də Cəlilabad rayon Xənəgah və Gülməmmədli kənd Mədəniyyət evlərinin kollektivləri izləyicilərinə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə "Vətən bizi səsləyir" adlı onlayn musiqili proqram təqdim ediblər.
Tədbirin aparıcısı Ramil Mirzəyev izləyiciləri salamlayıb, xalqımızı, milli ordumuzun rəşadətli əsgər və zabit heyətini tarixi gün münasibətilə təbrik edib.
Sonra mədəniyyət evlərinin kollektivlərinin ifasında səsləndirilən vətənpərvərlik mövzulu musiqilər tədbirə rəng qatıb. Konsertdə Ramil Mirzəyev, Orxan Hüseynov və Nazim Məmmədov bir-birindən maraqlı ifalar təqdim ediblər.
Konsertin təşkilatçıları İlkin Rzayev və Nazim Nəsirov, musiqi tərtibatının müəllifi Kazım Səfərovdur. Onlayn tədbir sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.