24.06.2021
İyunun 24-də Cəlilabad rayon Alar kənd Mədəniyyət evinin incəsənət ustaları 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar "Müzəffərdir mənim ordum" adlı onlayn musiqili proqram təşkil edib.
Tədbirin aparıcısı rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əli Əliyev izləyiciləri salamlayıb, xalqımızı tarixi gün münasibətilə təbrik edib. Sonra Alar kənd mədəniyyət evinin xor ansambl üzvləri vətənpərvərlik ruhunda ifalar təqdim ediblər. Bayram tədbirində Əli Əliyev və Vidadi İsmayılovun rəngarəng ifaları izləyicilərə xoş anlar bəxş edib.
Tədbirin təşkilatçıları Ədalət Məmmədov və Musa Gözəlovdur. Musiqi tərtibatının müəllifi Kamran Mustafayev və Əli Əliyevdir. Musiqili tədbir sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.