Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün yay ekskursiyası.

23.06.2021


İyunun 23-də Masallı Rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı” çərçivəsində rayonun bir neçə ümumtəhsil məktəblərinin şagirdləri üçün yay ekskursiyası təşkil edilib.
Mərkəzin əməkdaşı Lətifə Həsənova məktəbliləri Ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə tanış edib. Belə ki, L. Həsənova Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan, yürütdüyü uğurlu daxili və xarici siyasətdən ətraflı bəhs edib.
Sonda karantin qaydaları gözlənilməklə şagirdlər üçün Mərkəzin 3D kinozalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin istehsalı olan “Ayna” cizgi filmi nümayiş olunub.