Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 iyun – Silahlı Qüvvələr Günüdür.

23.06.2021


23 iyun tarixində Masallı Rayon Mərkəzi Kitabxanasında Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Rasif Dadaşov xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib. Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başlandı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Sonra kitabxana işçiləri Arzu Hüseynova və Aygül Mirzəzadə məruzə ilə çıxış ediblər. Bildirilib ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin bariz nəticəsi olaraq son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin bütün qoşun növləri inkişaf edərək qüvvətlənib. Qeyd olunub ki, ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb və döyüş qabiliyyəti artıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən üzərində qazandığımız Zəfər göstərilənlərə nümunə olduğu diqqətə çatdırılıb.