Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Silahlı Qüvvələr Günü ilə əlaqədar onlayn konsert təşkil edilib.

23.06.2021

İyun ayının 23-də Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə "Vətən mənə oğul desə" adlı onlayn konsert proqramı keçirilib. Konsert tədbirində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və İdarə əməkdaşları da iştirak ediblər.

Konsert proqramından əvvəl İdarə rəisi rayon Heydər Əliyev Mərkəzinin foyesində istedadlı məktəblilərin əl işlərinin nümayiş olunduğu sərgiyə baxış keçirib. Göytəpə Şəhər Uşaq Musiqi Məktəbinin və rayonun bir sıra ümumtəhsil məktəbləri şagirdlərinin hərbi-vətənpərvərlik, Qarabağ, o cümlədən Şuşa, xarıbülbül, siyasi liderlərin portretləri və digər mövzuları əhatə edən rəsmləri qonaqlar tərəfindən maraqla izlənilib. Sonra müəssisənin incəsənət kollektivinin onlayn konserti keçirilib.

Proqramın aparıcısı Xeyrulla Şahbazov xalqımızı, ölkə rəhbərliyini, müzəffər ordumuzun igid əsgər və zabitlərini əlamətdar günlə əlaqədar təbrik edib, xalqımıza birlik və əminamanlıq arzulayıb. Mədəniyyət Mərkəzinin solisti Minəxanım Zeynalova musiqi ifası ilə tədbirdə ilk çıxış edib. Proqramın davamında digər sənətçilər Nazim Məmmədov, Nəsimi Ağayev, Ramil Mirzəyev və Fərid Hacıyev hərbi-vətənpərvərlik, vətənə sevgi mövzusunda musiqi kompozisiyaları ifa ediblər. Eyni zamanda, konsertdə məktəbəqədər təhsil müəssisələrinin azyaşlıları hərbi-döyüş səhnəcikləri göstəriblər. 

Konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.