22.06.2021
İyunun 22-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Yardımlı rayonuna növbəti səfəri çərçivəsində şəhid ailələrini ziyarət edib.
İdarə rəisi ilk əvvəl rayon Mədəniyyət Mərkəzində keçirilən onlayn mədəniyyət tədbirində iştirak edib. Sonra rayonun Çayüzü kəndində şəhid Tural Elşən oğlu Aslanovun və Ostayır kəndində şəhid Zahid Azad oğlu Zairlinin ailələrinə baş çəkib. İdarə rəisi ailələrlə görüşü zamanı şəhid vətən övladlarının ruhuna dərin ehtiramını ifadə edərək onlara Allahdan rəhmət diləyib. O, vətən torpaqlarını misilsiz rəşadət göstərərək öz canı-qanı hesabına azad etmiş şəhidlərin valideynlərinin dərdinə şərik olduğunu, onlara qayğı və sevgi ilə yanaşmağı özünə mənəvi və vətəndaşlıq borcu hesab etdiyini vurğulayıb.
Rəis ailələrin qayğıları ilə maraqlanıb və mövcud problemlərin həlli ilə bağlı mümkün köməkliklərin göstəriləcəyini bildirib. Daha sonra şəhidlərin məzarları ziyarət olunub.