Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda Silahlı Qüvvələr Günü ilə əlaqədar konsert tədbiri olub.

22.06.2021


İyunun 22-də Yardımlı Rayon Mədəniyyət Mərkəzinin sənət kollektivinin növbəti onlayn konserti baş tutub. 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə keçirilmiş konsertdə hərbi-vətənpərvərlik və milli ruhlu musiqilər ifa olunub.
Aparıcı Gündüz Manafov əlamətdar gün və Qarabağ uğrunda aparılan Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə ordumuzun qəhrəman əsgər və zabit heyətini təbrik edib. Açılış nitqindən sonra musiqi ifalarına başlanılıb.
Onlayn tədbirdə ilk musiqi nömrəsini Mərkəzin nəzdindəki özfəaliyyət musiqi kollektivinin üzvü Sevinc Əhmədova səsləndirib. Sonra mədəniyyət müəssisəsinin solistləri Canağa Əliyev, Rəvan Qəmbəroğlu, Rayət Nəcəfoğlu, rayon Uşaq Musiqi Məktəbinin şagirdləri Zeynal Allahverdili, İntiqam Almazzadə, məktəbin müəllimi Cavanşir Muradxanlının rəngarəng musiqi ifaları konsertdə xoş ab-hava yaradıb. Müğənniləri Mərkəzin instrumental ansamblı müşayiət edib.
Onlayn musiqi tədbiri sosial media platformaları vasitəsilə canlı nümayiş olunub.