Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailə üzvləri və müharibə iştirakçıları işlə təmin olunur.

20.06.2021


Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailə üzvləri və müharibə iştirakçıları Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində işlə təmin olunur.
Cari ilin may-iyun ayları ərzində 6 nəfər şəhid ailə üzvləri və müharibə iştirakçıları İdarənin əhatə etdiyi rayonlar üzrə mədəniyyət müəssisələrində vakant yerlərə təyin edilib.
Belə ki, Mədəniyyət Nazirliyinin və İdarənin yazılı razılığına əsasən müvafiq müəssisələrin əmri ilə 2 nəfər Vətən müharibəsi iştirakçısı (Orxan Əlirzayev, Aqşin Quliyev) Masallı, 4 nəfər şəhid və müharibə iştirakçısının ailə üzvləri (Nərminə Bəndəliyeva, Aytac Fərəcova, Orxan Hüseynli, Habil Hüseynov) isə Cəlilabad rayonundakı müəssisələrdə vakant vəzifələrə təyin olunub. Bununla bərabər, İdarə tərəfindən sözügedən statusa malik olan şəxslərin problemləri daim diqqətdə saxlanılır, mövcud imkanlar daxilində bayram və əlamətdar günlərlə əlaqədar onlara münasibətdə sosial dəstək tədbirləri həyata keçirilir, həmçinin şəhidlərin xatirəsinə ithaf olunmuş ədəbi-bədii kompozisiyalar və digər mədəniyyət tədbirləri təşkil edilir.