Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib.

19.06.2021


19 iyun tarixində Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anılıb. Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev və rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova çıxış edərək Mübariz İbrahimovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər.
Sonda Milli Qəhrəmanın xatirəsinə ithaf olunmuş "Mübarizə" filminə baxış keçirilib.