Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları mövzusunda tədbir.

18.06.2021


18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə müvafiq mövzu üzrə rayonun fəal gənclərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə İnsan hüquqlarının inkişaf mərhələləri, bu sahədə mövcud hüquqi sənədlər, insan hüquqlarının müdafiəsi mexanizmləri, ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən mütərəqqi islahatlar və digər mühüm mövzular barədə danışılıb.
Tədbirin sonunda gənclərə insan hüquqları ilə bağlı əyani vəsaitlər təqdim olunub.