Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Vətən Müharibəsi Qəhrəmanını ziyarət ediblər.

19.06.2021


İyunun 19-da Cəlilabad rayonundakı mədəniyyət müəssisələrinin rəhbərləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Cəlilabad rayon komitəsi rəhbərliyinin birgə iştirakı ilə Prezidentin müvafiq Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş rayon sakini Qəzənfər Mahmud oğlu Ağayev ziyarət olunub.
Qeyd edək ki, Q. Ağayev Murov dağındakı yüksəkliklərin düşməndən geri alınması uğrunda aparılan döyüş əməliyyatlarında xüsusi igidlik göstərib.