14.06.2021
14 iyun tarixində Yardımlı Rayon Heydər Əliyev Mərkəzində rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqımızın tarixində yeni dövrün başlanğıcı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev çıxışında Milli Qurtuluş Gününün mahiyyəti, tarixi günün müstəqil dövlətimizin sonrakı inkişafında yeri, böyük qayıdışı zərurətə çevirən səbəblər, həmçinin Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra ölkədə əldə olunan nailiyyətlər, dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güclənməsi barədə ətraflı bəhs edib.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu öndər Heydər Əliyevin xalqımıza və dövlətçiliyimizə verdiyi əvəzsiz töhfələr və digər məsələlər haqqında danışıb.
Tədbirin sonunda Yaşıllaşdırma İdarəsinin əməkdaşları mövzu ilə bağlı fikirlərini ifadə ediblər.